Azərbaycan

Amerikada Xocali Faciəsi ilə bağlı sərgi təşkil edilib

Amerikanın Nyu-York şəhərinin Manhetten adasında, Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahının binası önündə Xocalı soyqırımı dəhşətlərinin yer aldığı fotolardan ibarət rəsm sərgisi təşkil edilib. Sərgi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-Nyu-York dərnəyinin təşkilatçılığı ilə baş tutub. “Xocalıya ədalət” adı altında keçirilən sərgidə soyqırımı zamanı ermənilərin amansızlıqla qətlə yetirdiyi insanların lentə alınmış fotoları yer alıb. Əraziyə üzərində bəşər tarixinin ən dəhşətli cinayəti olan Xocalı soyqırımı haqqında gerçəkliklərin, tarixi faktların əks olunduğu plakatların quraşdırıldığı özəl maşın da gətirilib. Sərgi Amerika ictimaiyyətinin, yerli medianın, ərazidə olan diplomatların və otomobillərlə yoldan keçən sakinlərin diqqətini cəlb edib. Onlar həmvətənlərimizə yaxınlaşaraq Xocalı soyqırımı haqqında məlumatlar alıblar.

Related Articles

Bir cavab yazın

Back to top button