Aznewstv xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden San-Fransiskoda APEC sammiti çərçivəsində Çin sədri Si Cinpinlə danışıqların yekunu üzrə mətbuat konfransında deyib.
Bayden İsrail tərəfinə Qəzzanı işğalda saxlamağın böyük səhv olacağını açıqlayıb.
ABŞ prezidenti Fələstin-İsrail münaqişəsinin sona çatmasının ehtimal olunan vaxtı barədə danışmayıb.
Bayden deyib ki, o, falçı deyil, ona görə də İsraillə Fələstin arasındakı qarşıdurmanın nə qədər davam edəcəyi barədə danışmayacaq.
Eyni zamanda, Amerika prezidenti vurğulayıb ki, iki dövlətin birgə yaşaması əsasında nizamlanma əldə olunmayana qədər münaqişə bitməyəcək.