Dünya

Bayden miqrasiya sahəsində islahatlar aparacaq

Amerikanın yeni seçilmiş prezidenti Cozef Bayden janviənin 20-də mühacirət sahəsində islahatlarla bağlı Konqreyə qanunvericilik təklifləri göndərəcək. Bu barədə “The Washington Post” yazıb. Qəzet qeyd edib ki, Bayden andiçmə mərasimindən sonra mühacirət qanunvericiliyində hərtərəfli islahatlar aparacaq. Qanuni rəsmiyyəti olmayan mühacirlərin vətəndaşlıq alması üçün səkkizillik müddətin tətbiq edilməsi, eləcə də qaçqınların qəbulu üçün səhməyələrin artırılması planlaşdırılır. Təklif olunan paket eləcə də Mərkəzi Amerikadan gələn köç axınının səbəblərini aradan qaldırmaq üçün nəzərdə tutulub. Səkkizillik plana görə, milyonlarla iş axtaran beş il müddətinə müvəqqəti oturum alacaq. Daha sonra əmniyət yoxlamalarından keçəcəkləri və vergi ödəyəcəkləri halda “qrin kart” üçün müraciət edə biləcəklər. Bu şərtlərə əməl edənlər üç ildən sonra vətəndaşlıq üçün müraciət edə biləcəklər. Yeni qaydalar yalnız 1 janviə 2021-ci il tarixinə qədər Amerikada olan namizədlərə şamil ediləcək.

Related Articles

Bir cavab yazın

Back to top button