İran

“Bayden SEPAH-ın “Qüds” qolunu terror qruplaşması hesab edir”

Amerika Xarici İşlər Nazirliyi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qüvvələrini Amerikanın terrorçular qruplaşması siyahısından çıxarılma ehtimalı ilə bağlı açıqlama verib

Qurum bəyan edib ki, ölkə başçısı Co Bayden bu qüvvələri terrorçu hesab edir.

Xarici işlər naziri sözçüsünün müavini Colina Porter mediaya verdiyi açıqlamada Co Baydenin bu məsələdə Amerikanın Ordusunun Birləşmiş Qərargah Rəislərinin komandanı general Mark Aleksanderlə həmfikir olduğunu deyib.

General Mark Aleksander aprelin 8-də məsələ ilə bağlı çıxışında İran İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qüvvələrinin terror qruplaşmaları siyahısından çıxarılmasına qarşı olduğunu deyib.

Nüvə danışıqları barədə suala cavab verən Porter heç bir yeniliyin və danışıqların bərpası üçün hər hansı zəmanətin olmadığını söyləyib.

Qeyd edək ki, İran hökuməti nüvə anlaşmasının canlandırılması üçün SEPAH-ın adının terror təşkilatları siyahısından çıxarılması şərtini irəli sürüb.

Ancaq bu şərt Qərb ölkələri və Amerikanın respublikaçı konqresmenləri tərəfindən kəskin etirazlarla qarşılanıb

Related Articles

Bir cavab yazın

Back to top button