İran

Azərbaycanlı fəal Siyamək Mirzayi həbs olunub

Azərbaycanlı mədəni fəal Siyamək Mirzayi dekabrın 28-də İranın əmniyət orqanlarının məmurları tərəfindən tutuqlanaraq bilinməyən yerə aparılıb. Olay fəalın Ərdəbil şəhərindəki mənzilinə getdiyi zaman baş verib. Siyamək Mirzayinin tutuqlanma səbəbləri, aparıldığı yer və ona qarşı sürülən ittihamlar barədə heç bir bilgi verilməyib. Qeyd edək ki, öncələr fəal Tehran İnqilab Təcdidenəzər Məhkəməsinin 36-cı şöbəsi tərəfindən 3 il həbs, habelə Cənubi Xorasan ustanının Qaen bölgəsinə bir il təb`id cəzasına məhkum edilib. Siyamək Mirzayi bu ilin 12 iyul tarixində sürgün müddəti başa çatdığı üçün doğma şəhərinə qayıdıb. Bildirək ki, fəala qarşı həbsdə olduğu müddətdə əmniyət qüvvələri tərəfindən yeni saxta ittihamlar irəli sürülüb.
Beləliklə, Tehran İnqilab Məhkəməsinin 26 saylı şöbəsində qazi İman Əfşarinin rəisliyi ilə Siyamək Mirzaiyə “İran dövlətinə qarşı təbliğat fəaliyyəti” ittihamı ilə 1 il 10 gün həbs cəzası verilib.

Related Articles

Bir cavab yazın

Back to top button