Dünya

Baydenin seçki qərargahında “tik-tok” qadağan edildi

Amerika prezidentliyinə namizəd olan Trampın əsas rəqibi Co Baydenin seçki qərargahında işləyən şəxslərə mobil telefonlarından Çinin “Tik-tok” tətbiqini silməklə bağlı göstəriş verilib.
“CNN” demokratın qərargahındakı mənbələrə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Baydenin hüquq məsləhətçisi Dana Remus 27 culay günü qərargah işçilərinə elektron poçtla mesaj göndərib.
““TikTok” istifadə etməməyi məsləhət görürük. Baş ofisdə işləyəndə “TikTok”u istifadə etsəniz, bunun üçün ayrı bir telefon seçməyi və ayrı bir hesab yaratmağı məsləhət görürük” – deyə məktubda qeyd olunub.
Qeyd edək ki, Baydenin seçki qərargahı “Tik-tok” tətbiqində qeydiyyatdan keçməyib.

Related Articles

Bir cavab yazın

Back to top button