Dünya

Baydenlə Əbu-Dabi̇ni̇n vəli̇əhdi̇ arasında telefon danışığı olub

Amerika prezidenti Co Baydenlə Əbu-Zəbinin vəliəhdi Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan arasında telefon danışığı olub. Bu barədə Ağ Ev məlumat yayıb. Bildirilib ki, tərəflər Əfqanıstan la yanaşı bölgəsəl və dünyəvi məsələləri müzakirə ediblər. İranın yaratdığı təhlükə də diqqət mərkəzində olub.

“Söhbət zamanı Bayden İmarat ilə İsrail arasında münasibətlərin normallaşdırılmasının stratejik önəmini vurğulayıb. Bundan başqa, tərəflər Etyopi Tiqrayındakı insani böhran ilə birgə, münaqişələrin həlli üçün birlikdə çalışmanın gələcəkdə üstünlükləri barədə razılığa gəliblər”- deyə, məlumatda bildirilib.

Related Articles

Bir cavab yazın

Back to top button