Azərbaycan

“BBC Persian”dan Azərbaycanın torpaq bütövlüyünə hörmətsizlik

“BBC”nin farsdilli bölümü Azərbaycan Cümhuriyyətinin torpaq bütövlüyünə hörmətsizlik edib.

Ermənistanda keçirilmiş seçkilərdə Nikol Paşinyanın qalib gəlməsi ilə bağlı “BBC Persian”ın saytında dərc edilən xəbərdə Azərbaycanın ayrılmaz parçası olan Qarabağ Ermənistan ərazisi kimi göstərilib.

Yazıda 2020-ci ildə iki ölkə arasında Qarabağda baş vermiş savaşdan söz açılıb və bu savaş nəticəsində “Ermənistanın öz torpaqlarından bir qismini itirdiyini” yazılıb.

“İki ölkə arasında altı həftə davam edən savaş minlərlə insanın ölümü, eləcə də Ermənistanın öz ərazisinin bir qismini itirməsi ilə nəticələndi”, – deyə xəbərdə yazılır.

Bildirək ki, “BBC Persian”ın Azərbaycan Cümhuriyyətinə qarşı ilk belə yazısı deyil. İstər Azərbaycanın Uluslararası Birlik tərəfindən tanınan torpağı- Qarabağı azad etmək üçün keçirdiyi nizami əməliyyatlar zamanı, istərsə də ondan sonra “BBC Persian”ın şovinist və ifratçı fars millətçisi olan jurnalistləri Azərbaycana qarşı hər cür qarayaxma kəmpeyni aparırlar.

Related Articles

Bir cavab yazın

Back to top button