Dünya

İran ikitərəfli anlaşmanın uzadılması barədə hələ cavab verməyib.

Uluslararası Atom Enerjisi Ajansının baş müdiri Rafael Qrosi deyib: “İran ikitərəfli anlaşmanın vaxtının uzadılması barədə hələ cavab verməyib.”
Qrosi, PasBlu (PassBlue) Saytı ilə danışığında bu sözləri deyərək eləcə vurğulayıb ki, bu anlaşma, İranın atom proqramının doğru tərzdə getdiyinə nəzarət üçün uzunmüddətli kimi nəzərə alınmamalıdır.
Bildirək ki, İran ilə Atom Ajansı, 3 ay qabaq imzalanmış anlaşmanın müddətini Xordad ayının ilk günlərində 1 ayadək uzatmış və vaxtı Tir ayının 3-ü bitir.
Rafael Qrosi, PasBlu saytı ilə danışığında habelə vurğulayıb ki, İranla ikitərəfli anlaşmanın əldə olunması gündən günə çətinləşir.
Qrosi İranın atom tasisatı içində quraşdırılmış kameraların bilgilərinin silinmə ehtimalı barədə deyib: “bu iş bizim hüzurumuzla olunmalıdır, ona görə ki, bu təchizat bizimdir.”

Related Articles

Bir cavab yazın

Back to top button