Dünyaİran

Belçika İrana etiraz etdi

Belçika İranın Brüsseldəki səfirini öz vətəndaşlarından birinin mühakimə olunması ilə bağlı Xarici İşlər Nazirliyinə çağırıb.

Belçikanın xarici işlər naziri Haca Ləhbib yanvarın 10-u axşam saatlarında özünün tvitter hesabında etdiyi paylaşımda İranın Brüsseldəki səfiri Hüseyn Dehqaninin İranda Belçika vətəndaşına 40 il həbs cəzası verilməsi ilə əlaqədar Xarici İşlər Nazirliyinə çağırıldığını yazıb.

O, Belçikanın Olivye Van Kastelinin əsassız həbsini pislədiyini və onun azad edilməsi üçün lazımi tədbirləri görməyə davam etdiyini vurğulayıb.

Qeyd edək ki, 41 yaşlı yardım işçisi Oliviye Vande Kastel Beynəlxalq Yardım xeyriyyə təşkilatının İran departamentinin keçmiş direktorudur və  missiyasını başa vurduqdan sonra 24 fevral 2022-ci ildə Tehrana turist səfəri zamanı həbs edilib

Ona qarşı “başqa ölkənin xeyrinə casusluq”, “çirkli pulların yuyulması”, “valiyuta qaçaqmalçılığı” və “düşmən Amerika dövləti ilə əməkdaşlıq” ittihamları irəli sürülüb.

Related Articles

Bir cavab yazın

Back to top button