İran

Belçika məhkəməsi üç İran casusu barədə həbs qərarı çıxardı

Onlar terror əməliyyatına hazırlaşmaqda ittiham olunublar.

Belçikanın Apelyasiya Məhkəməsi biri qadın olmaqla üç iranlı casus və terrorçu barədə uzun illik həbs cəzaları barədə qərar verib.

Qərara görə, özünü ziyalı və şair kimi təqdim edən Mehrdad Urfani 17 il, İran kəşfiyyatının casusu Nəsimə Nəami 18 il, və Əmir Səduni isə 18 il həbs cəzasına məhkum ediliblər.

Bundan öncə İran kəşfiyyat xidmətinin məmuru və adı çəkilən şəxsləri terror törətmək üçün maliyyələşdirən Əsədullah əsədi 20 il həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, məhkum olunan şəxslərin hamısı 2018-ci ilin İyulunda Paris kənarında Xalq Mücahidləri Təşkilatının konfransında bomba qoymağa və terror törətməyə cəhddə günahlandırılırlar.

Related Articles

Bir cavab yazın

Back to top button