Azərbaycan

Belçika Parlamentinin deputatı: “Siz tarixin doğru tərəfindəsiniz”

Milli Məclisin Sədri Sahibə Qafarovanın tapşırığı ilə Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupu Belçika Parlamentinin Azərbaycan dostluq qrupunun rəhbəri, deputat Tim Vandenput ilə videokonfrans formatında görüş keçirib.

Bu barədə Milli Məclisin deputatı Kamal Cəfərov məlumat verib.

Bildirilib ki, videokonfransda Azərbaycan-Belçika Dostluq Qrupunun rəhbəri, deputat Kamal Cəfərov, qrupun üzvləri deputatlar Nigar Arpadarai və Vüqar Bayramov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət, Ermənistanın Azərbaycana təcavüzü barədə geniş məlumat veriblər.

Belçika Parlamentinin deputatı Tim Vandeput Ermənistanın cəbhə xəttində təxribatları nəticəsində həyatını itirən şəxslərə görə dərin hüznlə başsağlığı verib. O bildirib ki, hazırda baş verənlər çox aydındır. “Möhkəm olun, inanın ki, siz tarixin doğru tərəfindəsiniz və beynəlxalq hüquq çərçivəsindəsiz” – deyə Tim Vandenput qeyd edib.

Tim Vandenput həmçinin bildirib ki, Belçika da BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Bu görüş və verilən geniş məlumatı Belçikanın Xairici İşlər nazirinə çatdıracaq.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close