İran

Beynəlxalq Əfv Təşkilatı: “İrandakı təzyiqlərlə bağlı araşdırma aparılmalıdır”

Beynəlxalq Əfv Təşkilatı İrandakı qanlı basqılarla bağlı beynəlxalq araşdırma aparılmasını istəyib. Təşkilatın janviənin 20-də yayımladığı açıqlamasında bildirib: “İranda əmniyət qüvvələri mühakimə olunmur və cəzalandırılmır. Beynəlxalq toplumunun öncəki etirazlara qarşı səssiz qalması İran məqamlarını daha da cürətləndirib. Belə ki, İran 2019-cu ilin novambrında keçirilən növbəti milli etirazlarda qanunsuz gücdən istifadəni genişləndirib. Bu da yüzlərlə insanın öldürməsinə səbəb olub”.
Bildirək ki, 2017-ci ilin desambrında Məşhəd, Xorasan Rəzəvi ustanının başqa şəhərlərində təvərrüm və iqtisadi duruma qarşı etirazlar başlayıb. İranın 100-ə yaxın şəhərində 10 gün davam edən etirazlar qısa müddətdə siyasi hal alıb. Belə ki, etirazçılar İran rejiminə qarşı şüarlar səsləndiriblər. Sözügedən olaylardan üç il keçməsinə baxmayaraq, etirazlarda ölənlərin sayı barədə rəsmi və dəqiq amar yoxdur. İranın rəsmi məqamlarından heç biri onlarla insanın ölümünə görə məsuliyyəti öz üzərinə götürməyib. Qurbanların ailələri mətbuata müsahibələrində şikayətlərin və övladlarının qatillərinin tapılması ilə bağlı çabaların nəticəsiz qaldığını bildiriblər. Qeyd edək ki, 2019-cu ilin novambrında benzinin bahalaşması səbəbilə azı 30 ustanda etiraz aksiyaları keçirilib.

Related Articles

Bir cavab yazın

Back to top button