Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

Beynəlxalq ictimaiyyət edamlara görə İrana təzyiq göstərməlidir- İnsan Haqları Kampaniyası

İki siyasi məhbus Mənuçehr Fəllah və Şəhriyar Bayatın edam cəzasına məhkum edilməsi İslam Respublikasının siyasi müxaliflərə və etirazçılara qarşı qəddar ölüm hökmündən istifadə etməsinin artmasından və bu cəza növünün davam etməsindən xəbər verir.

Bu, İran İnsan Haqları Kampaniyasının yaydığı bəyanatda deyilir.

“Beynəlxalq ictimaiyyət dərhal susqunluğu pozmalı, bu qəddar və özbaşına hökmlərə qarşı bir sıra təsirli tədbirlər görməlidir”,- byanat müəllifləri bildiriblər.

İranın ölüm hökmündən insanları və müxalifləri susdurmaq üçün istifadə etdiyini deyən bəyanat müəllifləri, beynəlxalq təzyiqlərin əhəmiyyətli dərəcədə artmaması təqdirdə Tehran rejiminin repressiyalara davam edəcəyi barədə xəbərdarlıq ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button