Dünyaİran

Beynəlxalq Əfv Təşkilatı: “Cəsur İran xalqının səsini göz ardı etməyin”

Beynəlxalq Əfv Təşkilatının baş katibi İranda nümayişçilərin öldürülməsinin beynəlxalq məsuliyyət mexanizmi tərəfindən dərhal araşdırılmalı olduğunu deyib.

Beynəlxalq təşkilatın baş katibi Agnes Kallamar, İranda internet və mobil rabitənin qəsdən kəsilməsi ilə eyni vaxta getdikcə dahada artan amansız repressiyalara reaksiya verib.

“Biz İranın hər yerində təhlükəsizlik qüvvələrinə qarşı cəsarətlə dayanan insanların görüntülərini, saçlarını kəsən və yaylıqlarını yandıran qadınların şəkillərini görürük”,- deyə, Kallamar bildirib.

İndiyədək İranda keçirilən etiraz aksiyalarında onlarla insan, o cümlədən uşaqlar öldürüldüyünü, yüzlərlə insanın yaralandığını deyən Kallamar “Beynəlxalq dəstək üçün ümidsizcəsinə fəryad edən cəsur İran xalqının səsini göz ardı etməməyi tələb edib.

Xanım Kalamar bütün İranı ayağa qaldıran görünməmiş etiraz aksiyalarına toxunaraq, bunu ayrı-seçkilik yaradan qanunlara, müxalifətin onilliklər boyu sıxışdırılmasına, etirazlar zamanı və həbsxana divarları arxasında sistemli qanunsuz qətllərə qarşı etiraz hərəkatı hesab edib.

Beynəlxalq Əfv Təşkilatının kaş katibi bütün dünya xalqlarını bu təşkilatın petisiyasını imzalamağı və öz rəhbərlərindən qətiyyətli addım atmağı tələb etməyə çağırıb.

O əlavə edib ki, BMT-nin İnsan Haqları Şurası İran hakimiyyəti tərəfindən törədilən ən ağır beynəlxalq cinayətlərə görə müstəqil araşdırma və cavabdehlik mexanizmi yaratmalıdır.

Beynəlxalq Əfv Təşkilatı təhlükəsizlik qüvvələri tərəfindən onlarla kişi, qadın və uşağın öldürülməsini sənədləşdirib və faktiki ölənlərin sayının daha çox olduğuna inanır, qurbanların müəyyən edilməsi üçün səylərini davam etdirir.

Təşkilat həmçinin İranda hakimiyyət orqanları tərəfindən jurnalistlərin, siyasi fəalların, hüquqşünasların və hüquq müdafiəçilərinin, qadın haqları fəallarının və məzlum etnik azlıqların geniş şəkildə həbs edilməsini araşdırır.

Related Articles

Bir cavab yazın

Back to top button