Bölgəİran

Beynəlxalq Əfv Təşkilatı İbrahim Rəisiyə məktub göndərib

Beynəlxalq Əfv Təşkilatı İran Məhkəmə Sisteminin başçısı İbrahim Rəisiyə məktub göndərib. Məktubda Casem Heydəri, Əli Xəsrəci, Hüseyn Silavi və Naser Xəfacianın edamından üç həftə keçməsinə baxmayaraq, onların cəsədlərinin harada olması barədə bilgi verilmədiyi vurğulanıb. İran məqamları dörd məhbusun taleyi ilə bağlı həqiqətləri və dəfn olunduqları yeri gizlətməkdə günahlandırılıb. Bildirək ki, Casem Heydəri, Əli Xəsrəci, Hüseyn Silavi və Naser Xəfacian bu il fevriyənin 28-də Əhvaz şəhərinin Sepidar zindanında edam edilib. Qeyd edək ki, Beynəlxalq Əfv Təşkilatı fevriyənin 12-də İbrahim Rəisiyə göndərdiyi məktubda dörd ərəb vətəndaşının edam hökmünün dayandırılmasını istəyib. Onların ədalətli şəkildə mühakimə edilməsinin vacibliyi bildirilib.

Related Articles

Bir cavab yazın

Back to top button