İran

Azərbaycanli fəal Şapur Nüsrətpur təhdid edilib

Marsın 17-də Ərdəbilin Əmniyyət İdarəsi tərəfindən azərbaycanlı fəal Şapur Nüsrətpurla telefon təması tutulub və onun idarəyə gəlməsi istənilib. İttilaat İdarəsinin məmurları 4 saatdan çox davam edən dindirmə zamanı fəalı təhdid ediblər. Məmurlar azərbaycanlı fəallarla bağlı çıxarılan məhkəmə dosyeləri və həbs cəzalarının ittilaat orqanlarının əlində olduğunu bildiriblər. İstədikləri vaxt fəalları uzunmüddətli həbs cəzasına məhkum edə biləcəklərini söyləyiblər. Bildirək ki, Azərbaycan Milli Hərəkatının təcrübəli fəallarından sayılan Şapur Nüsrətpur bundan öncə də bir neçə dəfə tutuqlanıb. Vurğulayaq ki, son aylarda Ərdəbilin İttillaat İdarəsi milli-mədəni fəalların bir çoxunu idarəyə çağıraraq dindirib. Fəallar idarənin məmurları tərəfindən təhdid ediliblər. Azərbaycanlı fəallar İttillaat İdarəsinin onları telefonla çağırmasını qanunsuz hesab edərək məhkəmə bildirişi göndərilməsini istəyiblər.

Related Articles

Bir cavab yazın

Back to top button