İran

Beynəlxalq Əfv Təşkilatı İrandakı etirazlarla bağlı bəyanat yayıb

Mayın 17-də Beynəlxalq Əfv Təşkilatı İranda son olaraq zəruri qida məhsullarının qiymətinin dəfələrlə artmasına etiraz olaraq başlanmış aksiyaların zorakı bir şəkildə yatırılması ilə bağlı bəyanat yayıb.

“Mühakimə, işgəncə, həbs olmaqdan qorxmadan dinc aksiya keçirmək İran xalqının insani haqqıdır.

Təhlükəsizlik qüvvələrinə nəzarət edərək qan tökülməsinin təkrarlanmasının qarşısını alın”-deyə, sözügedən təşkilat İran liderlərinə xitabən yazıb.

Bəyanatda İran hökumətinin interneti məhdudlaşdırmasına, bir sıra hallarda tamamilə kəsməsinə toxunulub və bunu hökumətin insan haqları pozuntularını, etirazçılara qarşı zorakılıqları gizlətmək və hökumət məmurlarının əməlləri barədə məlumatların yayılmasının qarşısını almaq üçün edildiyi qeyd olunub.

Bu təşkilat, habelə İnsan Hüquqları Şurasının üzvlərini etirazlarda “ölümcül silahlardan təkrar istifadə nümunəsi”nin dayandırılması üçün basqı göstərməyə çağırıb.

Related Articles

Bir cavab yazın

Back to top button