İran

Beynəlxalq Əfv Təşkilatından Ruhullah Zəmin ölüm hökmünə münasibət

Beynəlmiləl Əfv Təşkilatı “Amədnews” teleqram kanalının müdiri Ruhullah Zəmin ölüm hökmünün qüvvədə saxlanılmasına münasibət bildirib. Desambrın 8-də qurumun yaydığı açıqlamada qeyd olunub: “Ali Məhkəmənin iranlı jurnalist və siyasi müxalif Ruhullah Zəm barəsində edam hökmünü qüvvədə saxlaması şok bir qərardır. İran hakimiyyəti ölüm cəzasından basqı silahı kimi istifadə edir. Bu qərarın ləğv edilməsi üçün Avropa Birliyi dərhal hərəkətə keçməlidir”.
Qeyd edək ki, İranın məhkəmə Qüvvəsinin sözçüsü Qulamhüseyn İsmayili Ali Məhkəmə tərəfindən edam hökmünün qüvvədə saxlanılmasını təsdiq edib.

Related Articles

Bir cavab yazın

Back to top button