Azərbaycan

Beynəlxalq konfrans iştirakçıları Ağdamda olub

Beynəlxalq konfrans iştirakçıları Ağdamda

“Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda beynəlxalq konfransın iştirakçılarının Ağdam şəhərinə səfəri başa çatıb.
Qarabağ üzrə bölgə müxbinin xəbərinə görə, nümayəndə heyəti Ağdam şəhərində aparılan tikinti-quruculuq işləri, həmçinin şəhərin layihəsi ilə tanış olub. Bundan sonra qonaqlar rayonun Baş Qərvənd kəndi ərazisinə gələrək burada aparılan minatəmizləmə əməliyyatlarını izləyib. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları mina sahələrində aparılan əməliyyatlar, minaaxtarma metodları haqqında qonaqlara məlumat verib. Sonra ərazidən aşkarlanmış tank əleyhinə minalar partlayış yolu ilə zərərsizləşdirilib

Related Articles

Bir cavab yazın

Back to top button