İran

Beynəlxalq Təşkilat Nümayəndəsi atom təsisatına baş çəkib

Birləşmiş Millətlər Təşkilatının atom məsələləri üzrə nəzarətçisi İranın ikinci atom təsisatına baş çəkib. Məsələ ilə bağlı Beynəlmiləl Atom Enerjisi Ajansı açıqlama yayıb. Beynəlmiləl Atom Enerjisi Ajansı bu həftə ikinci sayta da görüş edib. Nəticədə periferik nümunələr götürülüb.

Bildirək ki, ajans 2000-ci illərin əvvəllərində Tehran şəhərinin və İsfahanın “Şəhreza” bölgəsi ətrafında iki atom saytında bəyan edilməmiş atom fəaliyyətlərinin həyata keçirildiyindən şübhələnirdi. Bu ajansın bəzi raporlarında qeyd edilən iki saytın 2003 və 2004-cü illərdə uranium və atom fəaliyyətinin izlərini yox etmək üçün məhv edildiyi ehtimal olunur.

Bu ajans aylardır, həmin iki sayta çıxış əldə edilməsini istəyib. Qeyd edək ki, İranın Atom Enerjisi Ajansı bazrəslərinə həmin saytlara giriş imkanı verməməsi son aylarda diplomatik gərginliyə səbəb olub.

Related Articles

Bir cavab yazın

Back to top button