Dünya

Beyrutdakı partlayışla ilgili yeni faktlar üzə çıxıb

Lübnanın Nizami dadistanlığı Beyrutdakı partlayışla bağlı orada çalışan cuşkarların ifadəsini alıb. Onlardan birinin ifadəsini alarkən həmin şəxsin terrorçularla ilgidə olması şübhəsi ortaya çıxıb. Bu barədə “Al-Akhbar” qəzetində dərc edilən məlumatda bildirilib. Lübnanlı müstəntiqlər şübhəlinin aqustun 1-də dəniz limanında işə başladığını müəyyən edib. Bundan əvvəl isə sözügedən cuşkar öz ixtisası üzrə əməli olaraq heç bir yerdə işləməyib. Sadəcə, yutubda verilişlər yayımlayıb. Hakim Fadi Savvanın rəhbərlik etdiyi istintaq komisiyonu tərəfindən təsdiq edilmiş sənədlərdə partlayışın təxribat və ya raket zərbəsindən baş vermədiyi göstərilir. Habelə lübnanlı mütəxəssislər Amerika və fransalı həmkarları ilə birlikdə limana dənizdən və ya havadan hücum edilmədiyi qənaətinə gəliblər. Nəşrin yazdığına görə, hər iki sübut şübhələrin doğruluğuna inamı artırır.

Related Articles

Bir cavab yazın

Back to top button