Dünyaİran

Bijən Zəngənə: “Sanksiyalar dövründə neft ixracatını davam etdirmişik”

“İran Amerika tərəfindən tətbiq olunan təhrimlər dönəmində də nəft satışını həyata keçirib. Habelə satışdan əldə olunan gəlirlər tamamilə alınıb”. Bu fikirləri İranın Nəft vəziri Bijən Zəngənə deyib. Onun sözlərinə görə, blokə edilmiş məbləğ ölkənin təhrimlərdən öncəki satışlarda əldə etdiyi gəlirdir. Bijən Zəngənə bildirib ki, İraq, Güney Korə, İmarat və Japon kimi ölkələrdə blokə olunmuş gəlirlər var. Ancaq bu məbləğ nəft satışından əldə olunan gəlirlərə aid deyil.
Xatırladaq ki, ölkə prezidenti Həsən Ruhani təkcə 1397, 1398 və 1399-cu illərində Amerika təhrimlərinin İrana 150 milyard dollar zərər vurduğunu bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button