Dünya

Səudiyyə Ərəbistanına məxsus neft terminalı yaxınlığında partlayış olub

Ərəbistanın “Cazan” Nəft Terminalının yaxınlığında partlayış olub. Məsələ ilə bağlı ölkə rəsmiləri məlumat verib. Bildirilib ki, Husi yaraqlılarının bomb yerləşdirdiyi iki qayıq Ərəbistanın rəhbərliyi altında olan Etilaf tərəfindən izlənilib məhv edilib. Nəticədə Ərəbistanın cənub-qərbində yerləşən “Cazan” Nəft Terminalı yaxınlığında yanğın baş verib. Məlumata görə, Ərəbistanın yanğınsöndürmə qüvvələri yanğına nəzarət edərək söndürməyə müvəffəq olublar. Ərəbistanın rəhbərliyi altında olan Etilafın sözçüsü sərtib Tərəki Əlmaliki də məsələyə münasibət bildirib. Onun sözlərinə görə, beynəlmiləl toplum Husi yaraqlılarının bomb yerləşdirdiyi iki qayıqla həmləsi üzrə İranı məsul tanımalıdır.

Related Articles

Bir cavab yazın

Back to top button