Dünyaİran

Birləşmiş Millətlər Təşkilatı İrandakı etirazların şiddətli yatırılmasını qınadı

Birləşmiş Millətlər Təşkilatı İran xalqının dinc nümayişlərinə İslam Respublikasının zorakı reaksiyasını və etirazçıların qəddarlıqla susdurulmasını pisləyib.

Bununla yanaşı BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı Məhsa Əmininin ölümü ilə bağlı müstəqil araşdırma aparmağa çağırıb.

“Məhsa Əmininin acınacaqlı ölümü, işgəncə və qəddar davranışa məruz qalması barədə iddialar səlahiyyətli və müstəqil bir orqan tərəfindən tez, qərəzsiz və effektiv şəkildə araşdırılmalı, xüsusən də Əmini ailəsinin ədaləti və övladlarının ölümü ilə bağlı həqiqəti əldə etmələri təmin etməlidir”-deyə, İnsan Haqları üzrə Ali Komissarlığı başçısı Nedi Əl-Naşif bildirib.

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığının ofisi son aylarda əxlaq polisi patrullarının fəaliyyəti və onların hicab qaydalarına əməl etməyən qadınlara qarşı qəddar davranışlarının artdığını deyib.

Related Articles

Bir cavab yazın

Back to top button