Araşdırma & Təhlilİran

Birləşməyən millət və sonucsuz etirazlar

İran qanunları silahsız və İslam dəyərləri və peyğəmbərinə sayqısızlıq etməyən mitinqlərinə izin verir. Ancaq bu qanun hakimiyyətin tamamən keyfinə bağlı bir şəkildə yerinə yetirirlir. Yəni qanunda etiraz haqqı şərtli olaraq yazılmış olsa da, hakimiyyət fərqli-fərqli bəhanələrlə insanların etiraz haqqını məhdudlaşdırır. Ancaq bu günlərdə bütün əziyyətlərə rəğmən ölkənin hər tərəfində etirazlara rastlaşmaq olar. Etirazların böyük çoxunluğunun əsas səbəbi ədalətsizlik və maddi ehtiyaclardır. Minlərlə işçi və məmur ölkənin başa-başında verdikləri əməyin qarşılığını ala bilmirlər. Bir çox iş yeri və fabrika işçilərin aylığını aylarla gecikdirir və ya haqlarından daha az ödəyir. Təbrizin Maşınsazi və Ələhvazın Həft-təpə şəkər fabrikası kimi yerlərin işçiləri illərdir ciddi sorunlarla qarşı-qarşıyadılar. Bununla yanaşı dövlətə bağlı fabrikalar var. Misal üçün hissələrinin çoxu Sipahın əlində olan Muxabirat işçiləri illərdir aylıqlarının yetərsiz olduğu üçün etiraz edirlər, ancaq kimsə istəklərinə qulaq vermir. Bunun yanında birdə milyonlarla işsiz var. İşsizlərin də bir bölümü birbaşa dövlətlə bağlı sorun yaşıyırlar. Örnək üçün Təhsil Vəzirliyi illərdir yeni müəllim kadrı alacağını vədə verir. Bunun üçün işə almaq üçü imtahanlar alındı və yüzlərlə insan istənilən şərtlərə sahib olub qazandılar. Habelə İranda işləyən yüzlərcə müəllim var. Bu müəllimlərin bütün vaxtını bir məmur kimi işə alınması uzun illərdir deyilir ancaq sözdə qalır. Müəllim olmaq üçün sırada gözləyən və vəzirliyin imtahanından keçənlərə Yaşıl “Karnaməli”lər deyilir. Bu yaşıl Karnaməlilər də indi günlərdir ölkədə etiraz edirlər. Ancaq hakimiyyət bunları görməzdən gəlir. Bir tərəfdən millətin gücü hakimiyyətə yetişmir və aylarca sonucsuz etiraz edirlər, bir tərəfdən də, Hakimiyyət etirazların birləşib böyüməməsi üçün ağır bir kontrol mekanizması gəlişdiribdir. Ancaq nə üçün İranda heç bir etiraz sonuca yetişmir?

Birinci bu ki hakimiyyət millətin nə qonuda olursa olsun, etirazı qarşısında geri oturmağı böyük bir başarısızlıq olaraq görür. Yəni İran dövlətinin gözündə millətin etirazdan nəticə alıb başarmasına təhlükə gözüylə baxılır. Çünki bu durumda millət aldığı enerji və özgüvənlə daha geniş və ciddi məsələlərdə etiraz edəbilər və hətta hakimiyyətin varlığı ciddi təhlükəylə qarşı-qarşıya qalır. Buna görə də hakimiyyət nə olursa olsun heç bir etiraz qarşısında geri oturmamağa çalışır.

Bir tərəfdən də millətin bənzər səbəblərdən və ortaq amaclar üçün ayrı-ayrı etirazları nəticəsiz qalır. Yəni İranda onlarla fabrikada minlərlə işçi, bənzər sorunlarla qarşı-qarşıya qalıb, ancaq birləşib ortaq bir etiraz etmirlər. Bu məsələdə hər şeydən öncə hakimiyyətin rolunu düşünmək lazimdır, habelə İranda millətin ortaq amacları uğrunda birləşməməsi, araşdırılası önəmli bir toplumsal qonudur.

İran millətləri uzun illərdir diktatorluq bir rejimdə normal insani haqlarından  məhrumdular. Çox çətin olsa da insanlar bir araya gəlib etiraz edirlər. Ancaq etirazların xırda, bir-birindən ayrı və dəvamlı olmadığı üçün hakimiyyət millətin heç bir istəyinə boyun əymir. Bu durum hər şeydən öncə millətin etirazlardan soyuması və ümidinin qırılmsına səbəb olur.

 

Related Articles

Bir cavab yazın

Back to top button