
İranın Ermənistana təchizat göndərməsinin davam etdirilməsi Güney azərbaycanlıları qəzəbləndirib. Əldə etdiyimiz məlumatalara görə, Xoy şəhərinin milli fəalları bu durumla ilgili yüzlərlə traket hazırlayıblar. Həmin traketlər şəhər divarlarına yapışdırılıb. Yayımlanan traketdə “Biz Azərbaycanın özüyük” həştəqi yer alıb. Bildirək ki, bu həştəq son günlərdə Güney azərbaycanlıların İran məqamlarının çirkin əməllərinə etiraz simgəsinə çevrilib. Vurğulayaq ki, İran məqamlarının Azərbaycanın varlığına ziddi olan hərəkətlərinin ardından Güney Azərbaycanın 6 böyük şəhəri, o cümlədən Təbriz, Tehran, Zəngan, Ərdəbil, Urmu, Meşkində etiraz aksiyası keçrilib. Aksiyalarda yüzdən çox etrazçı tutuqlanıb. Onların bir çoxlarının hələ də harada saxlanıldığı bəlli deyil.