Dünya

Özbəkistan benzin idxalını artırıb

Özbəkistan bu il benzin varidatını 30 dəfə artırıb. Bu barədə ölkənin Dövlət amar Komitəsi məlumat verib. Bildirilib ki, 2020-ci ilin səkkiz ayı ərzində ölkəyə 90,1 milyon litr benzin varid edilib. Bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 87 milyon litr çoxdur. Məlumata görə, ölkədə 1 septambr 2020-ci il tarixinə qədər yalnız 694,2 min ton benzin tolid edilib. Qeyd edək ki, Qazaxıstan benzin tədarük həcminə görə öndə olub. Bu ölkə Özbəkistana 47,7 milyon litr benzin göndərib. İkinci yerdə 36,5 milyon litrlə Rusiya, üçüncü yerdə 5,6 milyon litrlə Türkmənistan, dördüncü yerdə isə 232,1 min litr ilə Qırğızıstan yer tutub.

Related Articles

Bir cavab yazın

Back to top button