Dünya

Blinken İranı dini azadlıqları pozmaqda günahlandırıb

Amerikanın Dış İşləri Baxanı Antoni Blinkenin illik açıqlamasında İran, Səudi Ərəbistan ilə Çin ölkələrini söz azadlığını pozmaqda günhalandırılıb. Bu ölklərin dini azadlıqları pozması da kəskin qınanılıb. Baxan dünyada yəhudilərə qarşı basqıların artması barədə uyarı edib. O, dini azadlığı sabit cəmiyyətin təməl daşı adlandırıb. Dünyada bir çox insanın bu hüquqdan məhrum edilməsinə diqqət çəkilib. Quzarişdə İranda İslam dinindən məsihiliyə keçid edənlərin təqib olunduğu vurğulanıb. Bundan başqa, qeyri-müsəlman azlıqlara, özəlliklə bəhailərə qarşı ayrı-seçkilik edildiyi bildirilib. Blinken Çinin uyğurlara qarşı basqılarından da söz açıb. Bu ölkəni uyğur müsəlmanlarına və başqa dini azlıqlara qarşı soyqırımı siyasəti yürütməkdə günahlandırıb.

Related Articles

Bir cavab yazın

Back to top button