Dünyaİran

Blinken və Makron nüvə müzakirələri və Rusiya barədə danışıblar

Amerika Dövlət Departamentinin baş katibi Entoni Blinken fevralın 8-də Parisdə Fransa prezidenti Emmanuel Makronla görüşüb.

Amerika Dövlət Departamentinin baş katibi Entoni Blinken fevralın 8-də Parisdə Fransa prezidenti Emmanuel Makronla görüşüb.

“Aznews tv” xəbər verir ki, görüşdə tərəflər bir sıra məsələlər, o cümlədən Rusiyanın Ukraynaya hücumu, Vaşinqton və Parisin bu sahədə əməkdaşlığı, Ukrayna hökuməti və xalqına yardımların göndərilməsi, Putin və müttəfiqlərinə Ukraynaya təcavüzünü davam etdiyi müddətcə ağır bədəllərin ödətdirilməsi və müharibəni dayandırmaq üçün davamlı diplomatiya haqqında fikir mübadiləsi aparıblar.

ABŞ Dövlət Departamentinin məlumatına görə, onlar habelə İran və onun nüvə öhdəliklərinə qayıtması üçün Vyanada sazişin imzalanması istiqamətində səylərlə bağlı yaxından əməkdaşlıqla əlaqədar razılaşma əldə ediblər.

Xatırladaq ki, Amerika prezidenti Co Bayden bundan öncə dəfələrlə sabiq prezident Donal Trampın nüvə anlaşmasından çıxmasını tənqid edərək, diplomatiyanın nüvə məsələsinin həlli yolunda ən yaxşı seçim olduğunu qeyd edib. Ancaq bununla yanaşı, Cozef Bayden müzakirələrin uğursuz olacağı halda alternativ yollara da əl atacağını bəyan edib.

Related Articles

Bir cavab yazın

Back to top button