Dünya

Blinkendən İrana xəbərdarlıq: “Alternativ yolları da nəzərdə saxlayırıq”

"Aznews tv"xəbər verir ki, o, bunun baş verməyəcəyi halda, artıq həmin anlaşmanın bir anlamı qalmayacağını deyib.

Amerikanın xarici işlər naziri Antoni Blinken İranı 2015- ci ildə imzalanmış atom anlaşmasını canlandırmaq yönündə əməli addımlar atmağa çağırıb.

“Aznews tv” xəbər verir ki, o, bunun baş verməyəcəyi halda, artıq həmin anlaşmanın bir anlamı qalmayacağını deyib.

“Bu saat, bu gün biz diplomatik səyləri davam etdiririk, çünki bu, hazırda ən yaxşı variant olaraq qalır. Lakin biz müttəfiqlər və tərəfdaşlarımızla alternativlər üzərində də düşünürük”, – deyə Blinken əlavə edib.

Amerika xarici siyasət idarəsinin başçısı müzakirələrdə iştirak edən Avropa ölkələrinin rəsmi Tehranın vaxt qazanması və danışıqlarda ciddi olmaması barədə fikirlərinə də munasibət bildirib. O qeyd edib ki, ən qısa müddətdə irəliləyiş olmasa, 2015-ci il anlaşmasının heç bir əhəmiyyəti qalmayacaq.

Qeyd edək ki, müzakirələrin davam etdiyi və Tehranın atom bombası əldə etmək yönündə əsas element hesab edilən uranın zənginləşdirilməsi prosesində məhdudiyyətlər qoyulmasnı qəbul etdiyi bildirilir.

Related Articles

Bir cavab yazın

Back to top button