İran

BMT Baş katibindən İranla bağlı çağırış: “Müstəqil tədqiqat aparılmalıdır”

BMT-nin Baş katibi İranda nümayişçilərə qarşı güc tətbiqi, eləcə də həbs zamanı məhbusların işgəncələrə məruz qalması və öldürülməsi ilə bağlı müstəqil araşdırma aparılmasına çağırıb.

Hesabatda İran hökumətindən tələb edilir ki, istintaqın aparılmasını və təqsirləndirilən şəxslərin mühakimə olunmasını təmin etsin.

O, həmçinin İran hökumətini ifadə və dinc toplaşmaq hüquqlarından istifadə etdiklərinə görə həbs edilənləri dərhal azad etməyə çağırıb.

Hesabat müəllimlərin ümumölkə etirazı zamanı onlarla həmkarlar ittifaqı fəalının həbsindən bir gün sonraya təsadüf edir.

İyunun 16-da yayılan hesabatda məhkumların ailələri, insan haqları təşkilatları və şahidlərin ifadələrinə əsaslanaraq məhbusların tibbi xidmətdən istifadələrinə imkan verilmədiyi qeyd olunub.

Antonio Quterreş həmçinin İran hökumətini ifadə azadlığı hüququnu təmin etməyə, insan haqları fəallarının, vəkillərin, jurnalistlərin, yazıçıların, əmək və ətraf mühit fəallarının və bütün sənətçilərin qorxmadan, həbs edilmədən fəaliyyət hüquqlarının tanınmalı olduğunu vurğulayıb.

O, İranda edamların sayının çoxalmasından, yetkinlik yaşına çatmamış uşaqların edam eilməsindən və etirazçılara qarşı qəddar münasibətdən narahat olduğunu ifadə edib.

Related Articles

Bir cavab yazın

Back to top button