İran

BMT-də İranla bağlı müzakirə: “Tehranın raket proqramı bölgə üçün təhdiddir”

BMT Təhlükəsizlik Şurasın iclasında Amerikanın nümayəndəsi Richard M. Mills İranın raket proqramına nın təhdidləri barədə xəbərdarlıq edib.

O, qurumun 2231 saylı qətnamənin icrasını nəzərdən keçirmək üçün keçirilən iclasında bir daha İranın raket proqramının bölgə ölkələri üçün təhdid olduğunu bildirib.

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə atılan raketlərin İran istehsalı olduğunu deyib, Vaşinqtonun bu hücumları pislədiyini vurğulayıb.

“İranın regionda öz proksi qruplarına raket texnologiyalarını yaymaq və ötürmək fəaliyyətinə son qoyulmalıdır”-deyə, Amerika nümayəndəsi qeyd edib.

Mills Amerikanın sazişi yalnız İranın nüvə razılaşması çərçivəsindən kənar olan əlavə tələblərindən imtina edəcəyi təqdirdə yekunlaşdıra və həyata keçirə biləcəyini söyləyib.

Böyük Britaniyanın BMT-nin Təhlükəsizlik Şurasındakı nümayəndəsi Barbara Vud Uord amerikalı həmkarının fikirlərini dəstəkləyərək İranın nüvə proqramının heç vaxt indiki qədər inkişaf etmədiyini deyib.

“İranın nüvə fəaliyyətləri beynəlxalq sülh və təhlükəsizliyə təhdiddir və İran qabaqcıl sentrifuqaların quraşdırılması hesabına zənginləşdirmə qabiliyyətini artırıb.

İran Beynəlxalq Atom Enerjisi Agentliyinin 27 müşahidə kamerasını sıradan çıxarıb və ehran hökuməti 2231 saylı qətnamənin B Əlavəsini pozaraq ballistik raketlər yaratmaqda davam edir”-deyə, B.Britaniyanın nümayəndəsi bildirib.

Qeyd edək ki, İran nüvə danışıqlarının davam etdirilməsi və razılığın əldə olunması üçün İnqilab keşikçiləri Korpusunun (SEPAH) adının terrorçu qruplar siyahısından çıxarılması şərtini irəli sürüb.

Bu, Amerikanın bir çox siyasətçiləri, bəzi ölkələrin rəsmiləri və bir sıra iranlı siyasi və mədəni fəallar tərəfindən kəskin reaksiyalarla qarşılanıb.

Related Articles

Bir cavab yazın

Back to top button