Dünya

BMT-də Ukrayna müzakirəsi: Rusiya və Çin etiraz etdi

Rusiya və Çinin etirazlarına baxmayaraq, BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclası baş tutub. İclas ABŞ-ın təşəbbüsü ilə keçirilib.

İclasın yekunu kimi rəsmi sənəd qəbul olunmayıb.

Bununla belə ABŞ, Ukrayna və onların Təhlükəsizlik Şurasındakı tərəfdarları yenidən Rusiyaya qarşı ittihamlar irəli sürüblər. Lakin Rusiya bu ittihamları rədd edib.

Rusiyanın BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi Vasili Nebenzya səsləndirilən ittihamlara cavab verib.

“Gələcək müharibə ilə bağlı söhbətlər özlüyündə təxribat xarakterlidir. Siz deyəsən, buna çağırırsınız, bunun baş verməsini istəyirsiniz və gözləyirsiniz, sanki öz fərziyyələrinizi reallığa çevirmək istəyirsiniz” – Rusiya rəsmisi deyib.

Related Articles

Bir cavab yazın

Back to top button