İran

İran hökuməti İsfahanda mütərəqqi sentrifuqa istehsalına başlayır

İran Kərəcdə nüvə təsisatının əvəzinə, İsfahanda yerləşən atom təsisatında sentrifuqaların istehsalına başlayır.

İran Kərəcdə nüvə təsisatının əvəzinə, İsfahanda yerləşən atom təsisatında sentrifuqaların istehsalına başlayır.

“Aznews tv”xəbər verir ki, bu barədə İran Atom Enerjisi üzrə Beynəlxalq Ajansa məlumat verib.

Kərəc Sentrifuqa Texnologiyası Şirkəti 2021-ci ilin iyun ayında insansız uçaq hücumuna məruz qalmışdı. Həmin vaxt İran hücumun İsrail tərəfindən həyata keçirildiyini və nəticədə orada olan MAQATE-nin nəzarət kameralarının da sıradan çıxdığını iddia etmişdi.

2021-ci il dekabrın 15-də İranla Atom Enerjisi üzrə Beynəlxalq Ajans arasında Kərəc təsisatında yenidən kameraların quraşdırılmasına dair razılaşma əldə olunub. Həmin kameralar bir neçə gün öncə İsfahanda yerləşən təsisata aparılaraq quraşdırılıb.

İranın hansı səbəblə sentrifuqaların istehsalını Kərəcdən İsfahana köçürməsinin detalları açıqlanmır

Related Articles

Bir cavab yazın

Back to top button