İran

BMT İranda məcburi hicab layihəsini pisləyən bəyanat yayıb

Birləşmiş Millətlər Təşkilatı İran parlamentində “Hicab və İffət” qanun layihəsinin təsdiqindən təəssüf və narahatlığını ifadə edərək, bu repressiv və təhqiramiz qanunun ləğvini tələb edib

Bu barədə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının sözçüsü Ravina Şəmdsani məlumat yayıb:

“Biz məcburi hicab qaydalarına əməl etməyən qızlar üçün həbs cəzalarını və ağır cərimələri daha da artıran İran Parlamentinin “Hicab və İffət” Qanun layihəsini təsdiq etməsindən dərin təəssüf hissi keçiririk”.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının sözçüsü bildirib ki, bu təşkilatın insan haqları üzrə ali komissarı kimi Volker Türk qanun layihəsini qəddar və beynəlxalq hüquqa zidd sayır və ondan imtina edilməli olduğunu israr edir.

#hicab

Related Articles

Bir cavab yazın

Back to top button