Dünyaİran

BMT İranla bağlı qətnaməni təsdiq edib

Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasının 3-cü Komitəsi Kanadanın İran tərəfindən insan haqlarının pozulmasına dair qətnaməsini təsdiqləyib.

Qətnamə lehinə 80, əleyhinə 29 və 65 bitərəf səslə təsdiqlənib.

Bu qətnamənin əleyhinə səs verən ölkələr arasında Əlcəzair, Belarus, Çin, Rusiya, Şimali Koreya, Hindistan, İndoneziya, İraq, Oman, Pakistan, Suriya, Türkmənistan və Tacikistan da olub.

Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ, Qətər, Küveyt, Misir, Braziliya və Cənubi Afrika isə səsvermədə bitərəf olublar.

ABŞ-nin İran üzrə xüsusi nümayəndəsinin müavini Abram Peyli 80 ölkənin bu qətnaməni təsdiq etməsinə toxunaraq deyib: “Biz bu yolla zülm və zorakılığa qarşı mübarizə aparan, azad və demokratik gələcəyə nail olmaq üçün səy göstərən İran xalqı ilə həmrəy olduğumuzu bildiririk”.

#BMT #İran

Related Articles

Bir cavab yazın

Back to top button