Dünyaİran

BMT: “Məcburi hicab İranda qadınlara qarşı təzyiqlərin ən bariz nümunəsidir”

BMT-nin İranda insan haqlarının vəziyyətinin monitorinqi üzrə xüsusi məruzəçisi Cavid Rəhmanın yeni hesabatı BMT Baş Assambleyasında dərc olunub.

Öz hesabatında o, hökumətin məcburi hicab tətbiq etmək basqısını İranda qadınlara qarşı məqsədyönlü təzyiq və ayrı-seçkiliyin ən bariz nümunələrindən biri adlandırıb.

Cavid Rəhman ötən il Məhsa Əmininin hicaba görə “Əxlaq” polisi tərəfindən öldürülməsindən sonra keçirilən kütləvi aksiyalarda 537 etirazçıdan 68 uşaq və 48 qadının öldüyünü, yüzlərlə insanın yaralandığını, digər etirazçıların isə həbs edildiyini diqqətə çatdırıb.

#İran #hicab

Related Articles

Bir cavab yazın

Back to top button