İran

BMT-nin iclası çərçivəsində Fransa prezidenti Emanuel Makron İbrahim Rəisi ilə görüşüb

İbrahim Rəisinin Nyu-Yorkda olmasına etirazlar və ölkə miqyasında keçirilən geniş aksiyalarla eyni vaxtda Fransa prezidenti Emmanuel Makron İran İslam Respublikasının prezidenti ilə görüşüb.

Bu görüş sentyabrın 30-da Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində keçirilib və bu, Rəisinin prezidentliyindən sonra Qərb lideri ilə ilk görüşüdür.

Eyni zamanda, Makron və Raisi arasında görüş İran və Qərb dövlətləri arasında nüvə razılaşmasını canlandırmaq üçün aparılan danışıqların tam dalana dirənməsindən sonra baş tutub.

Bu görüşdən əvvəl Makron İran prezidenti ilə “bütün məsələləri” müzakirə edə biləcəyinə ümid etdiyini bildirib.

Bu arada Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxi Cozef Borel Vyana danışıqları ilə bağlı razılığa gəlmək üçün Nyu-yorkda Rəisi ilə görüşün mənasız olduğuna toxunaraq deyib ki, onun fikrincə məsələ ilə bağlı heç bir perspektiv yoxdur.

Related Articles

Bir cavab yazın

Back to top button