Dünya

BMT-nin İqlim Dəyişikliyi Konfransı öz işinə başlayır

Bu gün Böyük Britaniyanın Qlazqo şəhərində BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP26) öz işinə başlayır

Noyabrın 12-dək davam edəcək tədbirin gündəliyi kifayət qədər zəngindir. Lakin əsas məsələ qlobal istiləşmə ilə mübarizə və karbon emissiyalarının azaldılmasıdır. 2009-cu ildə inkişaf etmiş ölkələr karbon emissiyalarının azaldılması və iqlim dəyişikliklərinə uyğunlaşmaq üçün kasıb dövlətlərə 100 milyard dollar yardım etməyi öhdələrinə götürmüşdü. Lakin indiyədək cəmi 79 milyard dollar yardım olunub.

Paris İqlim sazişinə görə dövlətlər istixana qazlarının həcmini 45% azaltmalıdır. Lakin proqnozlar bunun əksinə, karbon emissiyalarının 2030-cu ilədək 16% artacağını göstərir. BMT-nin Baş katibi Antonio Quterreş qlobal istiləşməni fəlakətə doğru gediş kimi xarakterizə edib.

Görüş iştirakçılarının məqsədi 2050-ci ilədək karbon neytrallığını təmin etmək və istiləşməni 1,5 dərəcə Selsi həddində saxlamaqdır.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi Konfransı 2015-ci ildə imzalanmış Paris iqlim sazişindən sonra ekologiya ilə bağlı ən böyük beynəlxalq tədbirdir. (apa)

Related Articles

Bir cavab yazın

Back to top button