Bunu BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Sato özünün X hesabında yazıb.
“Ədalətli mühakimə qaydalarının pozulması və hüquqi prinsiplərə əməl olunmaması ilə həyata keçirilən edamlar qanunsuz sayılır”,- o bildirib.
Sato, İran hökumətinin beynəlxalq hüquqda ölüm cəzasına uyğun olmayan cinayətlərə görə insanları edam etdiyinə diqqət çəkib və bundan dərin narahatlıq keçirdiyini deyib.