Dünya

Boris Conson: “Ukrayna verdiyimiz silahlarla Rusiyadakı hədəfləri vura bilər”

“Ukrayna Britaniyanın ona verdiyi silahlarla Rusiya ərazisindəki hədəfləri vura bilər”. Bunu Böyük Britaniyanın Baş naziri Boris Conson “Talk TV”yə müsahibəsində deyib.

“Ukraynanın özünü müdafiə etmək hüququ var. Biz böhranın Ukraynanın sərhədlərindən kənara çıxmasını istəmirik. Lakin dediyim kimi, ukraynalılar özlərini müdafiə edə bilərlər”, – o bildirib.

Daha əvvəl Böyük Britaniyanın silahlı qüvvələr naziri Ceyms Hippi də bildirmişdi ki, Ukraynanın Rusiyaya hücumu legitimdir. (report.az)

Related Articles

Bir cavab yazın

Back to top button