Dünya

Borrel: “Ümidvaram ki, Türkiyə müharibəni dayandırmaq üçün Rusiyaya təsirindən istifadə edə biləcək”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali komissarı Cozep Borrel arasında telefon danışığı olub.

Bu barədə Borrel tviterdə yazıb.

“Mən Ukrayna taxılının ixracına dair BMT sazişinin təmin edilməsində və Rusiyanın Ukraynaya təcavüzünün nəticələrinin yumşaldılmasında Türkiyənin rolunu vurğuladım.

Avropa İttifaqnın sanksiyalarının təsirini müzakirə etdim və ümidvaram ki, Türkiyə mənasız müharibəni dayandırmaq üçün Rusiyaya təsirindən istifadə edə biləcək”, – Borrel yazıb. (report.az)

Related Articles

Bir cavab yazın

Back to top button