Dünyaİran

Amerikalı senatorlardan Rəisinin İran prezidenti olmasına təpki: İranla razılığa gəlməkdən çəkinin

Senator Qraham: Atom anlaşmasına qayıtsanız, Orta doğuda atom silahı yarışı başladacaqsınız.
İran mediaları Əli Xameneiyə yaxın radikal namizəd İbrahim Rəisinin İranda prezident olduğunu elan etdikdən sonra bir qrup amerikalı siyasətçi buna kəskin təpki göstərib və Bayden dövlətini İran rejimi ilə razılaşmaqdan imtina etməyə çağırıb.

Güney Karolina əyalətindən görkəmli senator Lindsey Qraham İbrahim Rəisinin İranın yeni prezidenti olması ilə bağlı, 2015-ci il atom anlaşmasını canlandırmağa çalışdığı üçün Bayden dövlətini kəskin tənqid edib.

“New York Post” qəzetinin yazdığına görə, Qraham “Fox News”a müsahibəsində deyib: “İranda seçiləcək bir mötədil şəxs yoxdur. Xamenei İrana hökmranlıq edən dini nasistdir. İranı dini fanatiklər idarə edirlər. Mən bilmirəm, dünyanın ən böyük teror dəstəkçisi hökumətinin geniş şəkildə uranyomu zənginləşməsinə dünya niyə icazə verir”.

Related Articles

Bir cavab yazın

Back to top button