Bu barədə məlumat yerli polisin saytında dərc olunub.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, qadın odlu silahdan aldığı yaradan ölüb. Üç kişi xəstəxanaya aparılıb.
Şənbə günü yerli vaxtla saat 23:50 radələrində atəşlərlə bağlı məlumat aldıqdan sonra rayon polis məmurları Liverpul yaxınlığındakı Lighthouse Inn-ə çağırılıb.
Mersisayd hüquq-mühafizə orqanlarının əməkdaşları qətl işi ilə bağlı araşdırmalara başlayıb. (apa)