Dünya

Böyük Britaniyada atışma nəticəsində bir nəfər ölüb, yaralılar var

Mersisayd qraflığında şənbə günü atışma nəticəsində azı bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Bu barədə məlumat yerli polisin saytında dərc olunub.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, qadın odlu silahdan aldığı yaradan ölüb. Üç kişi xəstəxanaya aparılıb.

Şənbə günü yerli vaxtla saat 23:50 radələrində atəşlərlə bağlı məlumat aldıqdan sonra rayon polis məmurları Liverpul yaxınlığındakı Lighthouse Inn-ə çağırılıb.

Mersisayd hüquq-mühafizə orqanlarının əməkdaşları qətl işi ilə bağlı araşdırmalara başlayıb. (apa)

Related Articles

Bir cavab yazın

Back to top button