BölgəCəmiyyətDünyaSiyasət

Böyük Britaniyanın yeni baş nazirinin babası türk çıxdı

Bildiyiniz kimi Böyük Britaniyanın yeni baş naziri Boris Conson (Aleksandr Boris de Pfeffel-Conson) oldu.

Aznews.tv xəbər verir ki, BB-nın sayca 77-ci baş naziri türk köklərinə sahibdir.

O, türkiyəli jurnalist, böyük vəzir Əhməd Okday hökümətində qısa müddət Daxili İşlər Naziri olmuş Əli Kamalın nəticəsidir.

Yeri gəlmişkən, Ə.Kamal sərt şəkildə türkiyəlilərin Antanta işğalına qarşı başlatdığı milli mübarizəni tənqid edirdi.

Ermənilərə xoş yanaşması səbəbindəən onu satqın və çox vaxt “Artin Kamal” adlandırırdılar.

Nazir olarkən Mustafa Kamal Atatürkün həbsi barədə əmr verir. Lakin Atatürk hakimiyyətə gəldikdən sonra Nurəddin Konyarın əmri ilə edam edilir.

Daha doğrusu isə İzmitdə Nurəddin Paşaya tabe olan əsgərlər tərəfindən linç edilir.

Bundan sonra B.Consonun babası Osman Əli Böyük Britaniyaya qaçır və burada nənəsinin xahişi ilə xristianlığı qəbul edir və adını Uilfred Consona dəyişir.

Boris Consonun özü kökləri haqqında bəhs edərkən özünü müsəlman, xristian və yəhudi əcdadlara malik “əritmə qazanı” adlandırır.

Qeyd etmək lazımdır ki, Borisə rus adını valideynləri Meksikada qarşıladıqları rus mühacirin şərəfinə qoyublar.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button