Azərbaycan

BQXK-nin 4 avtomobili Laçın yolundan maneəsiz keçdi

Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyanın iştirakçıları ərazidən humanitar məqsədlər üçün istifadəyə növbəti dəfə şərait yaradıblar.

bu dəqiqələrdə Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus dörd avtomobilin aksiya ərazisindən keçidi təmin olunub.

Hazırda bu beynəlxalq təşkilata aid avtomobillər Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edirlər.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazi humanitar məqsədli maşınların keçidi üçün tam açıqdır.

Qeyd edək ki, ötən il dekabr ayının 12-dən başlayan aksiya 27 gündür davam edir.(Ednews)

Related Articles

Bir cavab yazın

Back to top button