İran

Brayan Huk İrana qarşı təzyiq kompaniyasından danışdı

Amerika tərəfindən İran rejiminə qarşı basqı kəmpeyni səmərəli olub. Bu barədə Amerikanın İran üzrə keçmiş xüsusi nümayəndəsi Brayan Huk postundan getməzdən əvvəl verdiyi müsahibəsində danışıb. Bildirilib ki, prezident Tramp İrana qarşı mübarizədə fövqəladə iş gerçəkləşdirib. “İndi İran 41 illik tarixlərində ən ağır iqtisadi böhranla üzləşib. Səbəb odur ki, fasid rejim öz xalqından oğurlayır. Bizim basqılarımız bu rejimin terora xərclədiyi böyük miqdarda pulu əldə etməsinə mane olub”,-deyə o əlavə edib. Hukun sözlərinə görə, İran və Amerika xalqlarının çox sayda ortaq cəhətləri var. “İran xalqı “Amerikaya ölüm” şüarı səsləndirmir. Bunu edən İran rejimidir. Ümid edirəm bir gün İran xalqının özünü təmsil edən bir dövləti olacaq. İranın gələcəyi İran xalqının əlində olacaq”,-deyə o, vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button