
Bu barədə APA CNN Brazil telekanalına istinadən xəbər verir.
Kanalın məlumatına görə, saxlananlar Parlamentin binasına soxulan və orada talan törədən şəxslərdir.
Bundan əlavə, telekanal prezident sarayının binasından əlləri qandallı çıxarılan aksiyaçıları da nümayiş etdirib.
Təxribatçılar Federal Ali Məhkəmənin binasından hakimlərin cübbələrini oğurlayıblar.
Saxlanılan şəxslər avtobuslarla polis bölmələrinə aparılır. (apa)